Vilnüs lazım gələrsə, Ukraynadan olan qaçqınların
bölüşdürülməsində Brüsseldən kömək istəməyə hazırdır.
Trend TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi
Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Aİ ölkələrinin
xarici işlər və müdafiə nazirlərinin görüşündən əvvəl bildirib.
“Biz Litvaya hər gün minlərlə insanın gəldiyini görürük. Hələlik
bunun öhdəsindən gəlirik, lakin bu dayanmasa, şübhəsiz ki,
Brüsseldən əhəmiyyətli yardıma ehtiyacımız olacaq”, – o deyib.