Litva Türkiyənin “Bayraqdar”ını Ukraynaya verdi

Litva Türkiyənin “Bayraqdar”ını Ukraynaya verdi

Türkiyə istehsalı olan “Bayraqdar” pilotsuz uçuş aparatı Litvadan Ukraynaya təhvil verilib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

Yermak Litva xalqına və Türkiyənin pilotsuz təyyarələr istehsalçısı olan “Baykar Makina” şirkətinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Litva hökuməti Ukraynaya verilməsi üçün “Bayraqdar TB2″-nin alınması ilə bağlı kampaniya başlatmışdı. Kampaniya zamanı təxminən 6 milyon avro toplanmışdı. Lakin sonradan “Baykar Makina” PUA-nın Litvaya pulsuz veriləcəyini, vəsaitin isə Ukraynada humanitar fəlakətdən ziyan çəkənlərə bağışlanacağını açıqlamışdı.

Teqlər: