Litvanın Azərbaycandakı səfirliyi minaya düşərək həlak olan iki azərbaycanlı jurnalistin ölümü ilə bağlı başsağlığı verib.
Trend-in məlumatına görə, bu barədə səfirliyin “Twitter” səhifəsində yazılıb.
Səfirliyin başsağlığında deyilir: “Kəlbəcərdə mina partlayışı nəticəsində iki jurnalistin ölümü xəbəri bizi kədərləndirib. Onların ailələrinə başğsağlığı bildiririk”.
Qeyd edək ki, bu gün Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.
(Tərcümə: Orxan Nəbiyev)