Litvanın Moskvadakı müvəqqəti işlər vəkili Virciniya Umbrasene Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfirin XİN-ə çağırılmasının səbəbi Vilnyusun Rusiyaya xəbərdarlıq etmədən Litva ərazisindən Kalininqrada aparılan yüklərin dəmir yolu vasitəsi ilə tranzitinə qadağa qoymasıdır.
XİN-dən bildirilib ki, yaxın günlərdə yük tranziti tam bərpa edilməzsə, Rusiya milli maraqlarını qorumaq üçün müəyyən tədbirlər görəcək.