Litva Rusiyanın 85, Belarusun 9 milyon avrosunu dondurdu

Litva Rusiyanın 85, Belarusun 9 milyon avrosunu dondurdu

Litvanın Maliyyə Cinayətlərinin Araşdırılması Xidməti dondurulmuş Rusiya və Belarus aktivlərinin ümumi məbləğini açıqlayıb.

AzerTimes xəbər verir ki, bu gün Litvanın daxili işlər naziri Aqne Bilotayte Maliyyə Cinayətlərinin Araşdırılması Xidmətinin rəhbərliyi ilə görüşüb. Görüşdə digər məsələlərlə yanaşı, Rusiyaya qarşı sanksiyaların tətbiqi müzakirə edilib.

Məlumata görə, dondurulmuş vəsaitin ümumi məbləği 85 milyon avrodan çoxdur. Bunlar Rusiyadan 9 hüquqi şəxs – 77 milyon avro, Belarusdan 6 hüquqi və 1 fiziki şəxs – 9 milyon avrodur.

Teqlər: