Litva bu gündən etibarən Rusiyadan elektrik enerjisi idxalını
dayandırıb.
Trend “TASS”a
istinadla xəbər verir ki, bu barədə Litvanın Energetika Nazirliyi
məlumat yayıb.
Nazirliyin cümə günü qəbul etdiyi qərar mayın 22-də qüvvəyə
minib. Respublikanın elektrik enerjisinə olan tələbatı bundan sonra
yalnız daxili istehsal və Latviya, Polşa və İsveç üzərindən qoşulma
ilə idxal hesabına təmin olunacaq.
2021-ci ildə Litva daxili istehlak üçün lazım olan elektrik
enerjisinin 17 faizini Rusiyadan idxal edib.