Litva Prezidenti Gitanas Nauseda iyunun 28-də elan olunmadan Ukraynanın paytaxtı Kiyevə səfərə gedib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Bildirilib ki, o, bu gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.
Qeyd edək ki, bir müddət əvvəl Gitanas Nauseda Ukrayna Silahlı Qüvvələri üçün 2 NASAMS buraxılış qurğusu alıb.