Rusiyanın seçki prosesinə irimiqyaslı müdaxiləsi parlament seçkilərinin nəticələrinin legitimliyini şübhə altına alır. Müstəqil beynəlxalq araşdırmaya təcili ehtiyac var. Biz demokratik və azad cəmiyyətdə yaşamağa çalışan Gürcüstan xalqı ilə həmrəy olmalıyıq.
AzerTimes xəbər verir ki, bu sözləri Litva Prezidenti Gitanas Nauseda Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı şərh verərkən deyib.
O bildirib ki, Gürcüstanda vəziyyət çox narahatlıq doğurur.
Xatırladaq ki, Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrinə görə, hakim Gürcü Arzusu Partiyası qalib olub. Müxalifət isə seçkinin nəticələrini tanımır.