Litva Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib

Litva Respublikasının Prezidenti Gitanas Nauseda mayın 17-də
Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AzerTimes-ın
məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı
Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.

Litva Respublikasının Prezidenti Gitanas Nausedanı və xanımı
Diana Nausedanı hava limanında Azərbaycan Respublikası Baş
nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin
müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

Teqlər: