Litva prezidenti Bakıda Azərbaycanla Aİ arasında münasibətlərin perspektivini müzakirə edəcək

Litva prezidenti Gitanas Nauseda bu həftə Azərbaycana səfəri
çərçivəsində ölkənin Avropa İttifaqı ilə münasibətlərinin
perspektivini və beynəlxalq gündəmdə olan məsələləri müzakirə
edəcək.

Trend-in
məlumatına görə, bu barədə Litva prezidentinin mətbuat xidməti
bildirib.

Qeyd olunur ki, G.Nauseda Cənubi Qafqazda təhlükəsizlik
sahəsində vəziyyət, ikitərəfli ticari-iqtisadi, o cümlədən
energetika sahəsindıə əməkdaşlıq məsələlərini müzakirə etməyi
planlaşdırır.

Litva prezidentinin, həmçinin baş nazir Əli Əsədovla görüşü
nəzərdə tutulur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: