Litva parlamenti başqa ölkələri Rusiyanı terror dövləti kimi tanımağa səsləyən qərar qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə Litvanın beynəlxalq radio və televiziyası məlumat yayıb.
Bildirilir ki, bu qərar səsverməyə qatılan 114 millət vəkili tərəfindən dəstəklənib. Qəbul edilmiş qətnamə ilə Litva hökuməti Rusiyanın həm Avropa Birliyi (AB), həm də qlobal səviyyədə terrorçu dövlət kimi tanınması məsələsini qaldırmağa çağırıb.
Qeyd edək ki, Litva parlamenti ötən ilin mayında Rusiyanı terrorçu ölkə elan edib və onun Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyıb.