Litva Belarusa nota verdi: Qəsdən edilir…

Litva Belarusa nota verdi: Qəsdən edilir…

Belarusun Litvadakı səfirliyinin nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Ona (Belarus rəsmisi – red.) Litva dövlət sərhədində fiziki maneənin qəsdən təkrar zədələnməsi halları ilə bağlı kəskin etirazını bildirən nota təqdim edilib”, – məlumatda qeyd olunub.

Nazirlik bildirib ki, Belarus rəsmiləri də baryerin zədələnməsinə və qeyri-qanuni miqrantların ölkəyə daxil olmasına imkan verməyə kömək edir.

Teqlər: