Ukraynanın NATO-ya qəbulu ilə bağlı danışıqlar dərhal başlamalıdır.
AzerTimes xəbər verir ki, bunu Litvanın Baş naziri İnqrida Şimonite bildirib.
“Kiyevi Şimali Atlantika Alyansına qəbul etməkdən imtina böyük səhv idi. Təşkilat mənəvi olaraq Ukraynaya borcludur”, – o bildirib.
Qeyd edək ki, bundan əvvəl baş nazir Ukraynaya silah tədarükünün artırılması ilə bağlı çağırış da etmişdi.