ABŞ Ukrayna Silahlı Qüvvələrinin Lisiçanska zərbə endirməsində tərəfdaş olub.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın BMT TŞ-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
Nebenzya iddia edib ki, Ukrayna ABŞ-la birgə HİMARS-ı koordinasiya edib.
Qeyd edək ki, Ukrayna ordusu Luqanskın Rusiyanın nəzarətində olan Lisiçansk şəhərinə fevralın 4-də zərbə endirib. Rusiya hücumun HİMARS-la həyata keçirildiyini iddia edib. Hücum nəticəsində 28 nəfər ölüb, 10 nəfər yaralanıb.