Lisanidən çağırış: Seçkiyə yalnız burada qatılın!

Lisanidən çağırış: Seçkiyə yalnız burada qatılın!

Keçmiş siyasi məbus, milli hərəkatın tanınmış simalarından olan Abbas Lisani İranda martın 1-də keçiriləcək parlament seçkilərini boykota çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə Lisaninin adına fəaliyyət göstərən sosial media hesabında paylaşım edilib.

Paylaşımda İranda insan haqlarınının pozulması halları vurğulanıb:

“Bildiyiniz kimi, İran adlanan ölkədə parlament seçkiləri nümayişi ilə üz-üzəyik. Haqlı olaraq əksəriyyətin qərarı bu nümayişi boykot etməkdir. Ona görə ki, demokratik bir hakimyyət yoxdur. Burada illər boyu söz, toplaşma, partiya qurmaq və media azadlığı olmayıb, millətlərin haqları və sair hüquqlar pozulub”.

O, buna baxmayaraq, Qərbi Azərbaycan əyalətində azərbaycanlıların seçkilərdə aktiv iştirak etmələrini istəyib:

“Urmu, Sulduz, Makı, Tikantəpə və digər Qərbi Azərbaycan şəhərləri istisnadır. Burada yaşayan hər bir türk və türk millətçiyə sandıq başına gedib, səs vermək tarixi bir görəvdir. Bununla da fars rasistləri və kürd terror təşkilatlarının planlarını pozub, ayaqlar altına atsınlar”.

Qeyd edək ki, bundan əvvəl bir qrup Qərbi azərbaycanlı ziyalı, tələbə, milli fəaldan ibarət olan Urmu Birlik Səsi koalisiyası da 3 azərbaycanlı namzədin dəstəklənməsi ilə bağlı bəyanat yayıb.

Bəyanat müəllifləri Urmiyadan olan azərbaycanlı namizədlər Ruhullah Həzrətpur, Seyid Salman Zakir və Hüseyn Hacı Nəbini dəstəkləməyə çağırıblar.

Teqlər: