Türkiyə lirəsi tarixi minimumu yeniləyib.
AzerTimes xəbər verir ki, hazırda 1 dollar 24,2 lirəyə qalxıb.
Avro isə 26,6 lirəyə təklif edilir.
Qeyd edək ki, lirənin kəskin ucuzlaşması son bir saat ərzində baş verib. Bunun xüsusilə Mərkəzi bankın faiz dərəcəsini 8,5-dən 15-ə qaldırması fonunda olması diqqət çəkib.