Lirə rekord səviyyədə ucuzlaşıb

Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 4% azalaraq, 0,1565 manata enib.

AzerTimes Azərbaycan Mərkəzi Bankının göstəricilərinə istinadən xəbər verir ki, bu yeni tarixi minimum hesab edilir.

Son bir ayda isə lirənin manata qarşı məzənnəsi 11 faizdən çox azalıb.

Qeyd edək ki, ötən ayın sonlarından Türkiyənin milli valyutası ucuzlaşmaqdadır. ötən gün lirənin dollara qarşı məzənnəsi də 3,7% azalaraq yeni tarixi minimuma enib. Hazırda 1 dollar 10,84 lirədir. Analitiklər ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırırlar.

Teqlər: