İsveçin NATO üzvlüyü prosesi müəyyən zaman alacaq.
AzerTimes xəbər verir ki, bu barədə İsveç xarici işlər naziri Ann Linde deyib.
O, bu məsələ ilə bağlı spekulyasiyalara varmaq istəmədiyini bildirib:
“Bu proses müəyyən zaman alsa da, hər kəsin xoşbəxt olacağına dair ümidim var. Bu ümid bizim NATO üzvümüz olmağımızdır. Türkiyənin də narahatlığını ciddi qəbul etməliyik”.
Linde NATO ilə danışıqları konstruktiv adlandırıb.