Liderlərə qarşı son 12 günün sensasion – Xronikası

Liderlərə qarşı son 12 günün sensasion – Xronikası

İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması son günlər müxtəlif ölkələrin siyasi liderləri ətrafında baş verənləri gündəmə gətirdi.

AzerTimes Publika.az-a istinadla xəbər verir ki, İ.Rəisinin həlak olması ilə bağlı konspiroloji fikirlər səslənsə də, hadisənin texniki səbəblərdən baş verdiyi görünür.

Lakin bu qəza may ayında 5 ölkədə siyasi liderlərə qarşı baş verənlər fonunda diqqət çəkir.

7 may: Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmana qarşı sui-qəsd cəhdinin olduğu xəbərləri yayılıdı;

13 may: Türkiyədə hərbi çevriliş cəhdinin edildiyi məlumatı yayıldı: bununla bağlı prezidenti Rəcəb Tayyip Ərdoğanın təcili iclas keçirdiyi və cəhdin qarşısının alındığı deyilir;

15 may: Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsd edildi: küçədə güllələnən Fitso sağ qaldı;

16 may: Serbiya prezidenti Aleksandr Vuçiçi qətlə yetirməkdə ittiham edilən vətəndaş həbs edildi;

19 may: Rəisinin helikopteri qəzaya uğradı;

Bu hadisələr arasında birbaşa əlaqə görünmür. Lakin bu liderləri birləşdirən ortaq amil onların Çin-Rusiya xəttinə yaxın olması, yaxud bu xətlə əməkaşlığıdır. Bu baxımdan, son günlər 5 ölkədə baş verənlər suallar yaradır.

Teqlər: