Libermandan çağırış: HƏMAS-ın kökünü kəsmək lazımdır

Libermandan çağırış: HƏMAS-ın kökünü kəsmək lazımdır

HƏMAS-ın kökünü kəsmək üçün Qəzzaya qurudan müdaxilə lazımdır.

AzerTimes xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman deyib.

“Mövcud vəziyyətdə HƏMAS-ın ləğvi tələb olunur. Təəssüf ki, bunun üçün Qəzzaya daxil olmaq lazımdır. Qəzzanın ən böyük şəhərini HƏMAS üçün əməliyyat mərkəzidir. At tövləsini təmizləmək lazımdır. Bu yaxınlarda Ceninə daxil olduğumuz kimi, Qəzzaya da girməliyik”, – Liberman bildirib.

Liberman həmçinin Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və İsrail ordusunun baş qərargah rəisi Herzi Halevi israilliləri müharibə vəziyyəti barədə lazımi şəkildə məlumatlandırmamaqda günahlandırıb.

Teqlər: