ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin bir neçə gün öncəki açıqlamasına rəğmən Şuşaya səfər etməsi və Şuşada olmaqdan məmnunluğunu ifadə edib, Cıdır düzündən video-müraciət yayması ABŞ-dakı erməni lobbisini də “narahat” edib.
AzerTimes xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin mətbuat konfransında erməni jurnalist bu yöndən sual verib. O soruşub ki, səfirin səfərinin əhəmiyyəti nədir və nazirlərin (Bayramov-Mirzoyanın 10 mayda keçiriləcək Almatı görüşü – red.) görüşündən gözləntilər nədən ibarətdir?
Miller cavabında deyib: “Mənim bununla bağlı heç bir şərhim yoxdur”.