“LG Electronics” Rusiyaya bütün tədarükləri dayandırır

Elektronika və məişət texnikası istehsalı üzrə ixtisaslaşmış “LG
Electronics” şirkəti Rusiya Federasiyasına bütün tədarükləri
dayandırır.

AzerTimes-ın
məlumatına görə, bu barədə şirkətin saytında deyilib.

“”LG Electronics” Rusiyaya bütün tədarükləri dayandırır və
vəziyyəti yaxından izləməyə davam edəcək. Biz bütün insanların
sağlamlığı və təhlükəsizliyi ilə bağlı dərin narahatlıq keçiririk
və “LG” humanitar yardım səylərini dəstəkləməyə sadiq qalır”, –
deyə açıqlamada bildirilib.