LG şirkəti yeni “LG K7i” qənaətcil smartfonunu təqdim edib.
Onun əsas xüsusiyyətlərindən biri də “Mosquito Away” texnologiyasının olmasıdır.
Smartfonun arxa paneli xüsusi səsgücləndirici ilə təchiz edilib ki, bu cihaz da ultrasəs çıxararaq ağcaqanadları qorxudur. Amma bu səs insan üçün olduqca təhlükəsizdir və telefondan “Mosquito Away” funksiyası qoşulu olarkən də istifadə etmək mümkündür. Komplektdə həmçinin smartfonu açıq havada istifadə etmək üçün xüsusi qurğu da mövcuddur.
“LG K7i” 5 düymlu 840 x 480 piksel icazəli displeyli kameraya, 1,1 GHs tezlikdə çalışan dördnüvəli təkkristallı sistemə, 2 Gb əməliyyat və 16 Gb enerjidən asılı olmayan yaddaşa malikdir. Smartfonun iki SİM-kart üçün slotu mövcuddur.
Həmçinin smartfonun 8 və 5 meqapiksel genişlənməyə malik iki kamerası, daktiloskopik ötürücü və 2500 mA/saat həcmli akkumulyatoru var. Smartfon “Android 6.0 Marshmallow” əməliyyat sistemi ilə işləyir.
“LG K7i” smartfonu təxminən 120 dollar qiymətində təklif edilir.