Leysan Çinə ağır itki vurdu

Leysan Çinə ağır itki vurdu

Çində bir həftəyə yaxındır davam edən leysan yağışların törətdiyi fəsadlar nəticəsində 11 vilayətdə ümumilikdə 56 nəfər ölüb, 22 nəfər isə itkin düşmüş sayılır.

Çin Mülki Məsələlər Nazirliyinin məlumatında deyilir ki, 27 mindən çox ev dağılıb, 37 min isə qismən zərər görüb. Yüz minlərlə hektar əkin sahəsini su basıb. Bəzi yerlərdə elektrik verilişində, su təchizatında ciddi fasilələr yaranıb. Bundan başqa, dəmir yolu, hava nəqliyyatında gecikmələr baş verib. Bir neçə vilayətdə çaylarda və göllərdə suyun səviyyəsi təhlükəli həddə çatıb.

Ümumi maddi ziyan 3,72 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir. Mərkəzi hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 1,88 milyard yuan vəsait ayırıb.

Təbii fəlakət bölgələrinə Mülki Məsələlər Nazirliyinin briqadaları, habelə 3 min hərbiləşdirilmiş polis cəlb olunub.

Çində leysan yağışlar