“Leypsiq” futbol klubu Almaniya Kubokunun yarımfinalında əlavə vaxtda “Verder”i məğlub edib.
AzerTimes-ın məlumatına görə, görüş 2:1 hesabı ilə başa çatıb.
Qaliblərin heyətində qolları Hvan Xi Çxan (93-cü dəqiqə) və Emil Forsberq (120 + 1) vurublar, Leonardo Bitekur isə “Verder”dən (105 +1) fərqlənib.
“Leypsiq”in finaldakı gələcək rəqib mayın 1-də ikinci “Borussia” ilə “Holştayn Kil” klubu arasında keçiriləcək oyunda müəyyənləşəcək.