Sevimli müğənni Leyla Nur ilin müğənnisi laureatın adına görülərək, mükafatlandırılıb.
Tanınmış müğənni Leyla Nur ilin sonu ərəfəsində Bakı Muğam Mərkəzində keçirilən “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkil etdiyi “Simurq 2021” adlı mükafatın ilin müğənnisi nominasiyasının laureatı olub.
Qeyd edək ki, 2018-ci ildə, qəhrəman ordumuza ithaf olunan, özü bəstələdiyi və söz müəllifi olduğu “Qazi” adlı mahnısı AzTV-nin Musiqi Qızıl Fonduna daxil edilmişdir.
Bu münasibətlə müğənnini “Redaksiyamız adından” təbrik edir, daha bol uğurlar əldə etməsini arzu edirik.