Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub.
AzerTimes xəbər verir ki, L.Əliyeva bu barədə İnstaqram hesabında paylaşım edib.
Leyla Əliyeva müəssisənin işçi heyəti və sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb, onlara göstərilən qayğı və yaşayış şəraiti ilə tanış olub.