XİN-in Mətbuat Xidməti “Əkinçi” fəxri mükafatını alıb.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Tvitter hesabında yazıb.
“Azərbaycan Milli Mətbuatının yaranmasının 147-ci ildönümü münasibətilə “Əkinçi” fəxri mükafatını XİN-in Mətbuat Xidməti olaraq aldıq. Təşəkkürlər, EMediaGroup!
22 iyul Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini səmimi qəlbdən təbrik edirik!”, – L.Abdullayeva qeyd edib.