Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
41 yaşlı L.Abdullayeva 2018-ci ildən bu günə qədər Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi vəzifəsində çalışıb.
AzerTimes Modern.az-a istinadən xəbər verir ki, XİN-in mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib.
O, bundan öncə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində işləyib. A.Hacızadə artıq bir müddətdir ki, XİN-in mətbuat xidmətində işə başlayıb.