Leyenin Bakı səfəri Türkiyə mediasının diqqətində

Leyenin Bakı səfəri Türkiyə mediasının diqqətində

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenin Azərbaycana səfəri Türkiyə mediasının diqqət mərkəzindədir.

AzerTimes xəbər verir ki, “TRT Haber” Leyenin Azərbaycan səfərinə xüsusi yer ayırıb.

Bildirilib ki, Leyen bu gün Azərbaycanla yeni enerji sazişi imzalayacaq.

“AB daha etibarlı enerji təchizatçılarına müraciət edir. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan AB-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan AB-nin enerji təchizatı təhlükəsizliyi sahəsində çox mühüm tərəfdaş olacaq”, – deyə Leyenin sözlərindən sitat verilib.

Teqlər: