Leyen Ukraynanın AB üzvlüyü üçün şərti açıqladı

Leyen Ukraynanın AB üzvlüyü üçün şərti açıqladı

Avropa Komissiyası Ukraynanın AB-yə namizəd statusu alması üçün şərtlər irəli sürüb.

AzerTimes xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.

Ukrayna AB-də namizəd statusu aldığı təqdirdə qanunun aliliyinə hörmət və korrupsiyaya qarşı mübarizə sahəsində verilən şərtləri yerinə yetirilməli olacaq.

O bildirib ki, Avropa Komissiyası rəsmi olaraq Ukraynaya AB üzvlüyünə namizəd statusu verməyə hazırdır.

“Ukraynalılar Avropa perspektivi üçün ölməyə hazırdır. Biz istəyirik ki, onlar bizimlə Avropa arzuları ilə yaşasınlar”, – Leyen qeyd edib.

Teqlər: