Leyen: Ukraynalılar nə istədiklərini dəqiq bilirlər!

Leyen: Ukraynalılar nə istədiklərini dəqiq bilirlər!

Avropa Komissiyası Ukraynaya effektiv investisiyalar və zəruri islahatlarla bağlı ekspert dəstəyi verəcək və bu da öz növbəsində Kiyevin AB-yə yolunu açacaq.

AzerTimes xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

O bildirib ki, AB Ukraynanın quruma daxil olmasına çalışmalıdır:

“Ukraynalılar nə istədiklərini dəqiq bilirlər. Onlar güclü demokratik cəmiyyətə malik azad gələcək istəyirlər”, – o bildirib.

Leyen xatırladıb ki, AK Ukraynanın bərpası üçün ABŞ, BVF, Dünya Bankı, OECD, G20 və ayrı-ayrı ölkələrin təşəbbüslərini və maliyyə dəstəyini birləşdirəcək vahid platformanın yaradılmasını dəstəkləyib:

“Bu platforma Ukrayna tərəfindən idarə olunur və ona məxsusdur. Çünki Ukrayna öz gələcəyinə dair qərar verməlidir. Avropa Komissiyası Ukraynaya effektiv investisiyalar və lazımi islahatlarla bağlı ekspert dəstəyi verəcək. Bu, Avropa Birliyinə gedən yoldur”.

Teqlər: