Leyen təyyarədə sərnişini ölümdən qurtardı

Leyen təyyarədə sərnişini ölümdən qurtardı

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Sürixdən Brüsselə uçarkən təyyarədə halı pisləşən sərnişinlərdən birinə ilkin tibbi yardım göstərib.

AzerTimes xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, təyyarə havada olarkən sərnişinlərdən biri özünü halsız hiss edib və bu zaman yardıma Leyen çatıb. Onun ilkin tibbi müdaxiləsindən sonra sərnişn özünə gəlib.

Qeyd edək ki, Ursula fon der Leyen ixtisasca həkimdir. O, Hannoverdə Ali Tibb Məktəbini bitirib və tibb elmləri namizədidir.

Teqlər: