Avropa Komissiyasının rəhbəri postuna yenidən seçilsəm, Putinin AB-dəki dostları ilə mübarizə aparacağıma söz verirəm.
AzerTimes xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Afinadakı seçkiqabağı kampaniyasında deyib.
Onun sözlərinə görə, iyun ayında keçiriləcək seçkilərdə vahid və dinc Avropa həm daxildən, həm də xaricdən çağırışlarla üzləşəcək.
“Putinin Avropadakı dostları istər populistlər, istərsə də demaqoqlar adı altında tariximizi yenidən yazmağa və gələcəyimizi ələ keçirməyə çalışırlar. Qarşıdakı günlərdə, həftələrdə və aylarda bizim vəzifəmiz müqavimət göstərməkdir”, – Leyen bildirib.