Leyen NATO rəhbəri olmağa hazırlaşır

Leyen NATO rəhbəri olmağa hazırlaşır

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen yenidən AK-yə seçilməyəcəyi təqdirdə NATO-nun baş katibi postu üçün müraciət edəcək.

AzerTimes xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb.

Məlumata görə, bunun üçün hazırlıqlara bir neçə həftə əvvəl başlanılıb:

“Bu gündən etibarən Leyenin Kanada və ABŞ-a səfərinə fərqli prizmadan, yəni onun NATO baş katibi vəzifəsinə namizədliyinin mümkün irəli sürülməsi kontekstində nəzərdən keçirilməlidir. Alyansın iyul ayında Vilnüsdə keçiriləcək sammitində Yens Stoltenberqin sentyabrda başa çatacaq səlahiyyət müddətinin daha bir il uzadılmasına cəhd göstəriləcək”.

Qeyd edək ki, Leyenin səlahiyyət müddəti 2024-cü ilin yayında başa çatır.

Teqlər: