Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Monteneqroya səfəri ləğv olunub.
AzerTimes xəbər verir ki, buna səbəb kimi Belqradda müşahidə olunan əlverişsiz hava şəraiti göstərilib.
“Təəssüf ki, əlverişsiz hava şəraitinə görə Monteneqro səfərimi təxirə salmalı oldum. Bu səfərin vaxtını dəyişdiririk. Çox tezliklə Monteneqroya yenidən səfər etməyi səbirsizliklə gözləyirəm”, – bunu Leyen Tvitter hesabında bildirib.
Qeyd edək ki, Avrokomissiyanın Prezidenti daha əvvəl Qərbi Balkan ölkələrinə səfəri çərçivəsində Şimali Makedoniya, Kosovo, Albaniya, Bosniya və Herseqovina və Serbiyada olub.