Leyen Bakıya bunun üçün gəlir

Leyen Bakıya bunun üçün gəlir

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen və Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson bu gün Bakıya səfər edəcəklər və Xəzər qazının Rusiyadan yan keçməklə Avropaya tədarükü ilə bağlı Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaqlar.

AzerTimes xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı press-relizdə məlumat verilir.

“Aİ və Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, investisiya, ticarət və vətəndaş cəmiyyətinin potensialından tam istifadə də daxil olmaqla, geniş spektrdə əməkdaşlığı genişləndirəcək yeni hərtərəfli saziş üzrə danışıqlar aparır”, – məlumatda deyilir.

Teqlər: