Leyen Bakıda idi, yarım saatlıq Tiflisə gəlmədi – Zurabişvili

Leyen Bakıda idi, yarım saatlıq Tiflisə gəlmədi – Zurabişvili

40 illik diplomatiya təcrübəm var, ancaq belə şeylər görməmişəm. Mənə belə gəlir ki, biz dünyada bəzən Avropa parlamenti, bəzən ABŞ səfiri, bəzən də digərləri ilə bu tonda danışan, mübahisə edən bir ölkə olmamalıyıq.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Qütbləşmə ilə bağlı mən nə edə bilirəmsə, həmişə həyata keçirmişəm. Mənim çıxışım ölkənin reputasiyasını qorumağı nəzərdə tuturdu”, – Zurabişvili bildirib.

Prezident həmçinin, Baş nazir İrakli Qaribaşvili tərəfindən Avropa parlamenti ilə bağlı Avropa Komissiyasına göndərilən məktub barədə də narahatlığını bildirərək baş nazir tərəfindən belə bir addıma ehtiyac olmadığına diqqət çəkib:

“Ursula fon der Leyen Bakıda idi. Yarım saat Gürcüstana gəlməsini, onunla müzakirələr etmək istədiyimizi desəydik nə olardı? 12 bəndlik tövsiyyələr paketindən sonra niyə heç kim gəlməyib. Biz gah bir tərəfi, gah da digər tərəfi günahlandırmağı üstün tuturuq. Deyirik ki, biz doğruyuq, bununla iş görülmür”.

Teqlər: