“Lex”in baş məşqçisi: “Qarabağ” əla oynadı

“Lex”in baş məşqçisi: “Qarabağ” əla oynadı

Öncə “Qarabağ”ı qələbə münasibətilə təbrik edir, növbəti mərhələdə onlara uğurlar arzulayıram.

AzerTimes-ın məlumatına görə, bunu Polşa “Lex”inin baş məşqçisi Con van den Brom Bakıda “Qarabağ”a 1:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

56 yaşlı mütəxəssis bildirib ki, mərhələni onun başçılıq etdiyi komanda da adlaya bilərdi:

“Bunun üçün əsasımız da var idi. Amma oyun uğursuz alındı. Çoxlu səhvə yol verdik. Təəssüf ki, hakim səhvləri də oldu. Yan xətt hakimləri azı 3 epizodda oyundankənar vəziyyət qeydə almadı. Amma bu, bəhanə olmamalıdır. “Qarabağ” bu gün əla oynadı və bizi keyfiyyət baxımından üstələdi”.

Niderlandlı baş məşqçinin sözlərinə görə, məğlubiyyətin fərqi yoxdur: “Amma 1:5 böyük hesabdır. Təcrübəmizdə bu cür məğlubiyyət olmayıb. Bəzi nüansları nəzərə almaq lazımdır. Hesab sırf rəqibin çox gözəl oyun sərgiləməsi ilə bağlı idi”.

Van den Brom hansısa səhvini vurğulamaq istəmədiyini söyləyib: “İlk matçdakı taktikanı bu dəfə də tətbiq etmişdik. Sadəcə, nə isə düz getmədi. Dediyim kimi, “Qarabağ” çox yaxşı oynadı. Burada yalnız rəqibin keyfiyyətli oyunundan söhbət gedə bilər”.

Teqlər: