Polşanın keçmiş prezidenti Lex Valensa xəstəxanaya yerləşdirilib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata əsasən, 78 yaşlı Valensa infeksiyaya yoluxub və bu həftə xəstəxanada qalacaq.
Son illərdə səhhətində problemlər yaşayan Valensa ötən il ürəyindən əməliyyat olunub.
Qeyd edək ki, Valensa 1990-1995-ci illərdə post-kommunizm dövründə Polşanın ilk prezidenti olub.