Bu gün futbol üzrə Almaniya Bundesliqasının 27-ci turu
çərçivəsində “Bavariya” öz meydanında “Union”u qəbul edib.
AzerTimes-ın məlumatına görə, oyun meydan sahiblərinin 4: hesablı
qələbəsi ilə yekunlaşıb.
Oyunda qolları Kinqsli Koman (16-cı dəqiqə), Nyanzu Kuassi (25)
və Robert Levandovski (45, 47) vurublar.
R.Levandovski sözügedən oyunda vurduğu iki qolla cari mövsümdəki
qollarının sayının 31-ə çatdırıb.
Beləliklə, polşalı hücumçu 5-ci dəfə Bundesliqanın bir
mövsümündə 30 və ya daha çox qol vuraraq, Herd Müllerin rekordunu
yeniləyib.