Levandovski 2021-ci ilin hücumçusu seçilib

“Bavariya”nın polşalı forvardı Robert Levandovski 2021-ci ilin ən yaxşı hücumçusu seçilib.

Trend xəbər verir ki, bu Parisdə keçirilən “France Football”un mükafatlandırma mərasimində elan olunub.

Bu mükafat ilk dəfədir təqdim olunur və onu təqvim ilində ən çox qol vuran oyunçu alacaq.


33 yaşlı polşalı 2021-ci ildə Almaniya çempionu və ölkə superkubokunun sahibi olub. Ötən mövsüm o, “Bavariya”nın heyətində bütün turnirlərdə 40 oyun keçirib, 48 qol vurub və 9 məhsuldar ötürmə verib.

Teqlər: