Lerikə istirahətə gedən 11 nəfər qidadan zəhərləndi

Lerikə istirahətə gedən 11 nəfər qidadan zəhərləndi

Lerik rayonunda istirahət mərkəzlərinin birində 11 nəfər zəhərlənib.

AzerTimes xəbər verir ki, zəhərlənənlərdən 6-sı azyaşlıdır.

Bakı şəhər sakinləri olan həmin şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onlar 3 ailənin üzvləridir, ilkin ehtimala görə, özləri ilə gətirdikləri ərzaqdan zəhərləniblər.

Onlara ilkin tibbi yardım göstərilib.

Zəhərlənən şəxslərin adlarını təqdim edirik:

– 1992 – ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə

– 1991 – ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə

– 2018 – ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə

– 2014 – cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə

– 1993 – cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva

– 1990 – cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva

– 2020 – ci il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva

– 2016 – cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev

– 1987 – ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev

– 2012 – ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva

– 2018 – ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyevə.

Teqlər: