Lerikdə uçqun nəticəsində bağlanan yol açıldı

Lerikdə uçqun nəticəsində bağlanan yol açıldı

Lerikdə uçqun nəticəsində bağlanan yolda hərəkət qismən bərpa edilib.

AzerTimes xəbər verir ki, gün ərzində ərazidə yol istismar idarəsinin daxili imkanları hesabına təmizlik işləri aparılıb.

Qeyd edək ki, mayın 17-də Lerikdə dağda baş verən uçqun nəticəsində qaya parçaları yolu bağlayıb. Belə ki, dağdan qopan qaya parçaları rayon mərkəzindən 18 kilometr məsafədə yerləşən kəndin yolunu bağlayıb.

Teqlər: