Lerikdə şəhidin dəfn mərasimi keçirilib.
AzerTimes-ın Report-a istinadən verdiyi xəbərə görə, rayonun Əvilə kəndində doğulub boya başa çatan Azərbaycan ordusunun hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü Şəmistan Əbdülağa oğlu Sadıqov doğulduğu kənddə torpağa tapşırılıb.
Şəhidin cənazəsini gətirən avtomobil karvanı yolboyu sakinlər tərəfindən üçrəngli bayraqlarla müşayiət olunub. Dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib, şəhidin ruhuna dualar oxunub.
Qeyd edək ki, şəhid Ş.Sadıqov ötən gecə düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub.