Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanıb.
Belə ki, həmin şəxslərdən 2 ədəd “İj”və 1 ədəd “TOZ” markalı ov silahı aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Lerik Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.