Lerik rayonunda zəlzələ oldu

Lerik rayonunda zəlzələ oldu

Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ olub.

Bu barədə AzerTimes-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.

Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 05:20-də Yardımlı stansiyasından 24 km şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.

Teqlər: