“Leopard”la bağlı qərar tezliklə veriləcək – Kuleba

“Leopard”la bağlı qərar tezliklə veriləcək – Kuleba

Alman “Leopard” tanklarının Ukraynaya təhvil verilməsinə “yarım addım” qalıb. Qərar tezliklə veriləcək.

AzerTimes xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

“Biz artıq bir vaxtlar qeyri-mümkün olduğu deyilən “British Challengers” almışıq. Artıq Fransız tanklarını almışıq. Fransa “Leclerc” tankları ilə təmin etməyi düşünür. “Leopard”ların bizə çatacağına heç bir şübhəm yoxdur. Biz hazırıq. Son mərhələdir”, – nazir bildirib.

Teqlər: