Bu gün Qarabağdakı separatçıların münayəndələri ilə Rusiya sülhməramlılarının yeni təyin olunmuş komandanı, general-polkovnik Aleksandr Lentsov arasında görüş keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə separatçıların nümayəndəsi Tiqran Petrosyan məlumat verib.
Petrosyanın məlumatına görə, Lentsov görüş zamanı onları əmin edib ki, hazırda yolun açılmasına çalışır.
“Sonda biz mütəmadi olaraq görüşmək, mövcud problemləri müzakirə etmək və həll yollarını tapmaq barədə razılığa gəldik”, – o qeyd edib.