Lənkəran rayonunda 19 yaşlı tələbə qətlə yetirilib.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran Dövlət Universitetinin yaxınlığında baş verib.
İlkin məlumata görə, tələbələr arasında baş verən kütləvi dava zamanı Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov bıçaq xəsarətləri alıb.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.